Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cüdoçularımız Avropa turnirində iştirak edəcək

Sentyabr 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.
 
Azərbaycan Cüdo Federasiyasından  bildirilib ki, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.
 
Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.
 
Yarışdan sonra, idmançılarımız sentyabrın 12-17-də Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də