Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov vətəndaşların qəbulunu keçirib
Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov vətəndaşların qəbulunu keçirib. Bu dəfəki qəbulda 50-ə yaxın sakinin kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, aztəminatlı ailələrin mənzil məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə evlərin təmir edilməsi, şəhərin küçə və prospektlərinin, eləcədə yaşayış massivlərində su-kanalizasiya xəttlərinin çəkildiyi ərazilərdə yolların asfaltlanması, MKTİB-də çalışan işçilərin yerdəyişməsi kimi məsələlər üstünlük təşkil edib. Vətəndaşları dinləyən Nurəhməd Əhmədov səsləndirilən şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı vətəndaş müraciətləri isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.