Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Liderlər Rusiyanı cəzalandırmağa qərar verdilər

Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Co Bayden və daha altı ölkənin liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər. Liderlər Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.
 
ABŞ Prezidentinin təşəbbüsü ilə keçirilən onlayn görüşdə Fransa Prezidenti istisna olmaqla G7 qrupunun üzvü olan ölkələrin rəhbərləri iştirak ediblər.
 
Ukrayna ətrafında vəziyyəti müzakirə edən liderlər bu ölkəyə yardımı və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.
 
Görüş zamanı, həmçinin enerji və ərzaq tədarükü ilə bağlı əməkdaşlığı gücləndirmək barədə də razılıq əldə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də