Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev kraliçanın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa başsağlı məktubu ünvanlayıb.
 
Məktubunda Prezident İlham Əliyev görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıqlarını bildirib.
 
“XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.
 
Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
 
Prezident İlham Əliyev bu ağır itki ilə əlaqədar Baş nazirə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də