Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

18 yaşlı sürücü avtomobillə piyadanı vurub öldürdü

Sentyabrın 8-də Bakıda poiyada ölümü qeydə alınıb.
 
Avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vuraraq öldürüb.
 
Belə ki, 2004-cü il təvəllüdlü Zamanov Anar Vüqar oğlu etibarnamə əsasında idarə etdiyi "Honda CIVIC" minik markalı avtomobil ilə Babək prospektindən üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu əks istiqamətdə keçmək istəyən 2002-ci il təvəllüdlü Əlibəyov Elmar Səfərbəy oğlunu ehtiyatsızlıqdan vurub, nəticədə sonuncu ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də