Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm.
Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində Almaniyanın “Frayburq” komandasının qonağı olan Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Nəsə desək, faydası olmayacaq. Matçın əvvəlində penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyiləcək bir söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən 3-4 qolu qapımızda görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik”, - deyə Q.Qurbanov bildirib.
Baş məşqçi “Frayburq”la “Qarabağ”ın gücünün bərabər olmadığını söyləyib: “Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyil. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım”.
Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyununda Almaniya klubu 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" sentyabrın 15-də ikinci tur çərçivəsində Fransanın “Nant” klubunu qəbul edəcək.