Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan 5 erməni hərbçini təhvil verdi - RƏSMİ

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.
 
Bu barədə  Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:
 
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
 
- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
 
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
 
- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
 
- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də