Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöldə kolbasa məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar edilib


Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Göygöl rayonu, Yeni Qızılca kəndində fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Aparılan araşdırmalar zamanı istehsal və emal sahələrində sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, “Fermer” əmtəə nişanlı məhsulların etiket məlumatlarında tərkibində mal ətinin olduğu qeyd olunsa da, istehsal prosesində mal ətindən istifadə olunmadığı məlum olub.
Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də