Bakı şəhəri üzrə 30 min yer qeydiyyata alınıb, amma bağçalarda boş yerlərin sayı 6 mindir.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti tədris ilində qrupların artırılması istiqamətində işlər aparılacaq:
"Bölgələrdə qruplar var, amma qeydiyyat yoxdur. Bir qrup üçün cəmi 5 nəfər qeydiyyatdan keçir. Bakıda 1 yer üçün 30 valideyn müraciət edir", - nazirlik rəsmisi bildirib.