Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

YAP-ın eks-mətbuat katibi AzTV-də çalışacaq

Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa vermiş Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.

Bu barədə E.Quliyevin özü bildirib.

“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, - E.Quliyev deyib.

Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də