Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhəbbət Kazımovun fotosu doğulduğu Laçında - VİDEO

Əməkdar artist Məhəbbət Kazımovun fotosu Laçının Çorman kəndində asılıb.
 
Bu barədə  sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdə mərhum Əməkdar artistin fotosu onun doğulduğu kənddə asıldığı əks olunub.
 
Bildirək ki, Məhəbbət Kazımov 1953-cü ildə Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, “Laçınım” mahnısının sədaları altında dəfn olunub.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də