Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ən çox porno saytların axtarılmasının İLGİNC SƏBƏBLƏRİ

2021-2022-ci illərdə Azərbaycanda “Google”da ən çox axtarılan saytların siyahısı açıqlanıb. Qəribə görünsə də, qeyd olunan dövr ərzində ölkəmizdə “Google”da ən çox porno saytlar axtarılıb. Axtarış siyahısında ikinci yerdə “Google”un pulsuz tərcümə sistemi “google translate” yer alıb. Digər sıralarda sosial şəbəkə platformaları qərarlaşıb.
 
Ölkəmizdə porno saytların kütləvi şəkildə axtarışı nədən irəli gəlir? İnsanların cinsi istəklərini vitrual məkanda axtarmasının səbəbləri nələrdir?
 
Bu barədə  danışan seksoloq Tahmasib Cavadzadə bildirib ki, hər şəxsin azı bir neçə dəfə pornoya baxması təbii haldır. Burada təəccüblü hal yoxdur. Həkim hesab edir ki, porno videolara mütəmadi şəkildə baxılması insanlarda cinsi aclıqdan qaynaqlanır:
 
"Əlbəttə, bəzən porno izləmək insanlarda asılılıq yaradır və onlarda bu, vərdiş halını alır".
 

İnsanların pornoqrafik görüntüləri izləməsinə gəlincə, həkim bunun səbəblərini də açıqlayıb:
 
“Porno izləmənin səbəblərindən biri insanın fantaziyasının kasad olmasıdır. İş praktikamda dəfələrlə belə insanlarla üzləşmişəm. Real cinsi əlaqədə fantaziya qura bilmədikləri üçün pornoya baxıb, orada gördüklərini öz xəyallarında təsəvvür edirlər. Daha sonra fantaziya ikinci plana düşür və yalnız porno izlənilir. Seks partnyorunun və real cinsi əlaqə ücün öz güvənin olmaması da səbəblər arasındadır. Həm də pornoya baxmaq özünü təmin etməyin ən asan yoludur. Burada əsas səbəblərdən biri məhz pornodan asılılıqdır. Asılılıq olan zaman insanın evli, yaxud seks partnyorunun olması artıq önəmli olmur. Asılılıq olduğu üçün şəxs pornodan əl çəkə bilmir. Ereksiya pozuntusu və ya tez boşalma kimi cinsi problemlərin olması insanı pornoya baxmağa vadar edən amillərdəndir. İnsan öz cinsi münasibətindən razı qalmır ve utanır, buna görə də virtual cinsi münasibətlərdən həzz alır. Onu da vurğulamaq lazımdır ki, burada pornonun qadağan olunması da mühüm rol oynayır. Çünki qadağan edilən hər şey maraqlı və cəlbedici olur”.
 
Seksoloqun sözlərinə görə, pornoqrafik görüntüləri izləməyin ziyanları daha çoxdur:
 
“Pornoqrafiyanın izlənilməsi insanın öz güvənini məhv edir. Çünki şəxs çox vaxt videoda gördüklərini realda icra edə bilmir. Digər yandan seks barəsində insanlara səhv məlumat ötürülür. İnsanlar “pornodakılar çox güclüdür, mən isə zəifəm” deyə düşünürlər. Nəhayət, real seksdən uzaqlaşma pornonun zərərlərindəndir”.
 
“Pornoqrafiya sənayesində hər bir orientasiya üçün pornolar çəkilir. Maraqlı məqamlardan biri budur ki, kişilər lezbiyan və transeksualların pornoqrafiyalarını izləməyi xoşlayırlar. Qadınlar isə gey pornolarını izləməyi xoşlayır. Çünki  kişilərə iki qadının, qadınlara isə iki kişinin cinsi əlaqəsi maraqlı gəlir. Amma cəmiyətdə "lezbiyan və geylərə münasibətiniz necədir" soruşasınız, mikrofon qarşısında hamı "pis baxırıq" deyəcək”,- deyə seksoloq vurğulayıb.
 

 
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, porno görüntülərə daha çox işsiz-gücsüz insanlar baxır.
 
“Təəssüflər olsun ki, hazırda bəzi insanların səviyyəsi, dünyagörüşü aşağı, vaxtları ilə çoxdur. Pornoqrafiya elə bir şeydir ki, yaşla əlaqədar olaraq insanları cəlb edir. Azərbaycanda bu məsələ bir az qapalıdır. Ona görə də, bəziləri özləri üçün müəyyən məlumatlar toplamaq məqsədilə belə saytlara daxil olur. Onu da qeyd edim ki, bəzi gənclər ümumiyyətlə gic-gic şeylərə baxmaqdan zövq alırlar. Hər halda bu göstərici çox mənfi haldır. Təbii ki, hamı maraqlanıb, bu saytlara bir-iki dəfə baxa bilər. Ancaq bu cür saytlara sistematik olaraq baxmaq xəstəlikdir”.
 
Ə.Qəşəmoğlu xüsusilə vurğulayıb ki, internet platformalarından daha çox dağıdıcı qüvvələr istifadə edir:
 
“Mənəvi sistemin dağılması üçün pornoqrafik kanallar çox mühüm vasitədir. Bununla ailədaxili münasibətlərə, ər-arvad münasibətlərinə ciddi zərər vurulur. Bu dəqiqə rusdilli pornoqrafik kanallarda ana, bacıs, ata ilə əlaqə qurmağı təbliğ edən pornoqrafiq videolar yayılır. Həmin materiallara bizim gənclər də baxırlar. Biz bu məsələni başlı-başına qoymuşuq, maraqlanan yoxdur, lakin vəziyyət çox qorxuludur. Çünki bu cür pornoqrafik yayımlar  ölkədə mənəvi dəyərlər sisteminin dağılmasına çox ciddi təsir edən amildir”.
 

Sosioloq təhlükənin qarşısını almağın yollarını belə izah edib:
 
“Biz İran və bir sıra başqa dövlətlər kimi davrana bilmərik. Yəni kəskin qadağalar tətbiq etməyimiz düzgün olmaz. Daha mülayim üsullarla üstörtülü əhaliyə məsələni izah etməliyik. Yeniyetmələrə, valideynlərə pornoqrafiyanın dağıdıcı vasitə olduğunu aydın izah etməliyik. İnsanlar bilməlidir ki, pornoqrafiya sadəcə  əyləncə üçün yox, həm də mədəniyyət sistemini dağıtmaq üçündür. Həmin dağıdıcı qüvvələrə ölkəmizdə kömək edənlər varsa, onlarla da maarifləndirici söhbətlər aparılmalıdır. Həmin şəxslər də biləcək ki, nəzarət var və məsuliyyətli olmaq lazımdır. Ancaq 19-20, 25 yaşlı gəncə desək ki, o kanallara baxma, əksinə daha çox baxacaq. Psixoloqların, sosioloqların köməyi ilə düşünülmüş, elmi əsaslı fəaliyyət proqramı olmalıdır. Gənclərimizin psixologiyası nəzərə alınmaqla, onları qorxutmamaqla maarifləndirici işlər görülməlidir. Burada dini idarələrin xətti ilə də bir çox iş görmək olar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də