Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu sinfin də bütün məzunları tələbə adını qazanıb

İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə eyni sinfin bütün məzunları tələbə adını qazanıblar.
 
5 saylı tam orta məktəbin şagirdləri təhsil uğurlarını bu il də təkrarlayıblar. Belə ki, bir sinfin şagirdlərinin hamısı - 17 məzun keçid balını toplayaraq arzuladıqları ali məktəblərə qəbul olublar.
 
Texniki təmayüllü XI b sinfinin şagirdlərindən 3 nəfəri 600, 5 nəfəri isə 500-dən artıq bal toplayıb. Həmin sinfin məzunu Aydınov Aydın Simran oğlu 676,1 balla rayon birincisidir. O, UNEC-in “İnformasiya təhlükəsizliyi” fakultəsinə daxil olub.
 
Qeyd edək ki, İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə 985 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. Bu il məktəbi bitirən 51 məzundan 34 nəfəri ali məktəbə qəbul olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də