Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı - İLK DƏFƏ

Bu il tələbə adını qazanan abituriyentlər arasında Cocuq Mərcanlıdan olan məzunlar da var.
 
Bu barədə  Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişiyev Atakişi məlumat verib.
 
Kənd rəsmisi deyib ki, bu il orta məktəbi bitirən 3 məzun tələbə olub: "Aslanova Xətayə Xanlar qızı Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub. Cəbrayılova Xanım Elçin qızı Bakı Slavyan Universitetində Rus dili müəllimliyi üzrə təhsili alacaq. Xuduyeva Aytən Zaur qızı isə Azərbaycan Texnologiya Universitetində Turizm işinin təşkili ixtisasına qəbul olunub”.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində azad edilmişdi.

2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə yüksəkliyi erməni işğalından azad edildiyindən Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinə start verilib.
 
2017-ci ildə kəndə əhalinin köçürülməsinə başlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də