Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun dünənki görüşündə Rusiya prezidenti Vladimir Putinin İrəvana dövlət səfərinə hazırlığı da müzakirə edilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, Moskvada keçirilən görüşdə nazirlər İrəvanda keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkilinə də toxunublar.
Bundan əlavə, XİN rəhbərləri Ermənistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqliyin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafını ətraflı müzakirə ediblər.
Tərəflər həm ikitərəfli gündəm çərçivəsində, həm də KTMT, Avrasiya İttifaqı və MDB sahələrində sıx əməkdaşlıqdan, o cümlədən ən yüksək səviyyədən məmnunluq ifadə ediblər.