Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı başa çatıb.
Məhkəmə Səlim Müslümova sərbəst ifadə verməyi təklif edib. Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bildiyini desə də, israf etməklə bağlı hissə ilə razı olmadığını bildirib.
Sabiq nazir deyib ki, israf etmə kimi hesablanmış ziyanın ödənilməmiş 7 milyon manat hissəsi onun günahı deyil. O, həmin məbləği tenderlərdə qalib gələn şirkətlərin israf etdiyini qeyd edib:
"Mən nazir kimi səhlənkarlıq etmişəm, amma işlərin görülməsi zamanı tenderlərdə qalib gələn şirkətlər də üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyiblər".
Səlim Müslümov hazırkı mərhələdə sərbəst ifadə vermək istəməyib.
Proses sentyabrın 12-nə təyin olunub.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı Ümumilikdə Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.