Kəlbəcər sakini 30 ildən sonra evinə baş çəkib
Tarix: 5-09-2022, 15:30 Xəbərə baxış: 12144
Rayon ziyalısı, 58 yaşlı İradə İsmayılova rayon mərkəzində erməni vandalları tərəfindən dağıdılmış evinin qalıqlarını tapıb.
O bildirib ki, sonuncu dəfə Kəlbəcərdəki evində 28 yaşında olub: "Evimizin xarabalıqlarını görsəm də, inanın ki, hər bir xatirə film lenti kimi gözümün qabağında canlanır. Bizlərə bu sevinci bəxş edən Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna sonsuz təşəkkürümü bildirirəm. Şəhid analarının əllərindən öpürəm, qazi qardaşlarımın qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirəm".
Qeyd edək ki, səfər Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub. Məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir.