Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Britaniyada böhran xəbərdarlığı - Fabriklərin 60%-i bağlana bilər

Elektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. 
 
Bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
 
Ölkədə elektrik enerjisi qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib.
 
“Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsalı ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib.
 
Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görməsinə çağırış edilib.
 
Xatırladaq ki, Britaniyada 2022-ci ilin oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də