Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Buzovnada ağacların kəsilməsi faktı araşdırıldı

Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova  bildirib ki, fakt araşdırılıb, müəyyən olunub ki, rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
 
Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki "Rahat" marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də