Sentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclası keçiriləcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İclada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, digər dövlət və hökumət başçıları iştirak edəcək.
Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Məlumata görə, telekonfrans vasitəsilə Myanma, Monqolustan, Çin, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcək.