Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi

Bakıda özəl loqoped mərkəzində uşaqlara işgəncə verilib.
 
Bununla bağlı görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb. 
 
Kadrlarda mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi görünür.
 
K.Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" özəl loqoped mərkəzində qeydə alınıb. Faktla əlaqədar dövlət qurumlarına məlumat verilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə görüntülərlə bağlı araşdırma aparıldığı bildirilib.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də