Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pakistan Türkiyədən yardım istədi

Pakistanın iqlim dəyişikliyi üzrə naziri Şəri Rəhman Türkiyədən dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması üçün texniki mütəxəssislərdən ibarət qrup göndərməyi xahiş edib.
 
Nazir bu barədə daxili işlər naziri Süleyman Soylunun, ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurumun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti ilə görüşündə deyib.
 
Türkiyəyə onlara göndərilən yardıma görə təşəkkür edən nazir daşqınlar nəticəsində ölkədəki infrastrukturun ciddi şəkildə zədələndiyini bildirib. O qeyd edib ki, təbii fəlakət qurbanlarının yerləşdirilməsi üçün ümumilikdə 1 milyon çadır lazımdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də