Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O bildirib ki, Rusiya neft və neft məhsullarının qiymətinə məhdudiyyət qoyan ölkələrə neft satışını dayandıracaq.
Novak, həmçinin müddəti 2022-ci ildə bitən OPEK+ sövdələşməsinin vaxtının uzadılmasına tərəfdar çıxıb. O, hesab edir ki, 2016-cı ildə yaradılan OPEK+ pandemiya dövründə neft bazarının tənzimlənməsində müsbət rol oynayıb.
Xatırladaq ki, iyun ayında keçirilmiş G7 sammitində tərəflər Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması məsələsini müzakirə ediblər.