Ermənistanın baş prokuroru Artur Davtyan dövlətə xəyanətə görə edam hökmünün tətbiq olunmasını təklif edib.
Bu barədə “News.am” saytı məlumat yayıb.
Baş prokurorun sözlərinə görə, təhlükəsizliyə qarşı ən ağır cinayət vətənə xəyanətdir.
"Ermənistan vətəndaşlarını casusluğa və kəşfiyyat şəbəkələrinə cəlb etmək, müasir texnologiyalardan istifadə, xüsusilə də regionda mövcud təhlükəsizlik çağırışları fonunda cinayət-hüquqi mübarizənin gücləndirilməsi məsələsini ortaya qoyur", - deyən Artur Davtyan vurğulayıb ki, cinayətkarlıq və cəza siyasətinin sərtləşdirilməsi prioritet məsələdir.
"Vətənə xəyanətin ifrat təzahürləri qeydə alınır. Prokurorluq problemin vacibliyini nəzərə alaraq, Ermənistanın bu sahədə beynəlxalq öhdəliklərinin əhatə dairəsini öyrənib və müəyyən edib ki, ölkəmizin ölüm cəzasına mütləq qadağa qoyulması ilə bağlı birbaşa beynəlxalq hüquqi öhdəliyi yoxdur”, - deyə baş prokuror vurğulayıb.