Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Payızda kəskin bahalaşma GÖZLƏNİLİR

Son günlər ərzaq və digər məhsulların qiymətində müşahidə olunan artımın payızda pik həddə çatacağı deyilir. Bəzi ekspertlərin fikrincə, növbəti bahalaşma dalğası Azərbaycandan da yan keçməyəcək.
 
Bəs qiymətlər nə qədər artacaq?
 
Bu barədə  danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımı ölkəmizin idxaldan asılı olmasından qaynaqlanır. Onun sözlərinə görə, hazırda ərzaq məhsulları ilə özümüzü təmin etmə faizi çox aşağıdır:
 
“Rəsmi rəqəmlərə görə, hazırda istifadə etdiyimiz ərzaq məhsullarının 50-55 faizi öz istehsalımızdır. Ancaq real rəqəm təxminən 20-25 faiz civarındadır. Rəsmi rəqəmlərdə göstəricinin belə yüksək olması xammalı xaricdən gətirilən və ölkəmizdə istehsal olunan ərzaq məhsullarının da yerli istehsal kimi qeyd olunması ilə bağlıdır. Düyü və çay məhsullarını, şəkər tozunu buna misal göstərə bilərik. İstehsal etdiyimiz bəzi məhsulların xammalının xaricdən gətirilməsi xaricdəki qiymət artımının Azərbaycana daha çox təsir etməsini şərtləndirir”.
 

 
N.Cəfərlinin fikrincə, qiymət artımının daxili səbəbləri də var:
 
“İnhisarçılıq meyillərinin olması, məmur biznesi də qiymət artımına təsir göstərən faktorlardır. Bunlar ənənəvi və xroniki problemlərdir. Onu da qeyd etmək lazımdır ki, hökumətin əlində qiymət artımının qarşısını almaq üçün çox ciddi alətlər var. Ancaq bundan istifadə etmək istəmirlər. Biz qiymət artımının qarşısını almaq üçün bundan əvvəl bir neçə təklif vermişdik. Vergi və gömrük rüsumlarının azaldılması əsas təkliflərimizdən idi. Məsələn, əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilsəydi, ərzaq məhsulları və dərman preparatlarının qiymət artımının qarşısı alına bilərdi”.
 
Ekspert vurğulayıb ki, enerji daşıyıcılarının qiymətinin artması dünyada ərzaq qiymətlərinə ciddi təsir göstərir: “Bu baxımdan payıza doğru həm Azərbaycanda, həm də dünyada qiymət artımının kəskin olması ehtimalı böyükdür. Əsasən qazın qiymətinin yüksək olması istehsal olunan gübrələrə, kənd təsərrüfatı məhsullarına təsir göstərir. Bir sözlə, payızda daha çox qiymət artımı gözlənilir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də