
Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
Hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.
Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.