Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Atalar demiş::--"Yalan ayaq tutar, yeriməz"


  Son zamanlar nədənsə nüfuzlu rəhbər işçilərə qarşı qarayaxma kampaniyalarının sayı artmaqdadır.  Bunu çox vaxt illərlə birlikdə işləyən,  işdən çıxarılan kimi rəhbərliyi günahlandırmağa çalışanların dediklərinə əsasən etməyə çalışırlar.
 İşini itirənlər tələsik tanış bir medya işçisi taparaq, ağıllarına gələn yalan- doğru, özlərini təmizə çıxarmaq üçün özlərinə sərf edən tərzdə diqtə edib yazdırırlar...
 Mətbuat haqqında qanunda  edilən müraciəti araşdırmadan, birtərəfli tirajlamaq qəti qadağandır, qarşı tərəf də dinlənilməlidir.
    Belə ki, çoxdan tanıdığımız, işlədiyi müəssisələrdə həmişə adı hörmətlə çəkilən, Sabirabad RMX--Publik Hüquqi Şəxsin direktoru Ənvər Adil oğlu Lümanov haqqında yazılanlar, bu səbəbdən inandırıcı gəlmədi.
     Gəlin Ənvər həkimi yaxından tanıyaq..
Ənvər Adil oğlu Lümanov 1997- ci ildə Tibb Unvesitetini bitirib.1997-2001- ci ildə Sabirabad rayonu Qaratəpə kənd  pediatr kimi fəaliyyətə başlayıb.2002-2005- ci ildə hərbidə Tibbi Xidmət rəisi, 2008-2013- cü ildə Qaratəpə kəndində pediatr, 2013-2017- ci ildə Qaratəpə Kənd Xəstəxanasının baş həkimi, 2017-2019 - cu il, Sabirabad RMX- da baş həkimin müavini, 2019-2020- ci il baş həkim kimi insanlara yüksək səhiyyə xidməti göstərərək, böyük nüfuz qazanmışdır.
  Ölkəmizdə Sosial Tibbi Sığorta Sistemi tətbiq olunandan, 1 il 8 aydır, Publik Hüquqi Şəxs olaraq direktor vəzifəsini icra edir.
      Baxın ömrünü bu müqəddəs peşəyə sərf edən, saysız, hesabsız tibb işçilərinin, rayon əhalisinin hörmətini qazanmış bir şəxsiyyəti, ləkələməyə çalışamlar bilmirlər ki, " Elin gözü tərəzidir" , ağlına gələni söyləməklə heç nəyə nail ola bilməyəcəklər. 
  Bu normal insana yaraşan hərəkət deyil.
  Deyilən ittihamlar  faktlarla təsdiq edilməlidir, subutu təsdiq edənlər olmalı,  qarşı tərəf dinlənilməlidir.
   Artıq ölkə səhiyyəsində  yaradılmış Sosial Tibbi Sığorta sistemi və Təbib bütün tibb müəssisələrinə ardıcıl və qəfləti yoxlamalar keçirirlər. Qarayaxma edənlər heç nəyə nail ola bilməyəcəklər
 Ona görə də istərdik ki, danışanda,  yazanda insafı əldən verməyin, unutmayın ki,.    
" Yalan ayaq tutar, amma yeriməz".
         P.S. Mövzuya qayıdacağıq..

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də