Çin mənşəli “TikTok” videopaylaşma platformasının milyonlarla abunəçisini tam olaraq izlətdiyi ilə bağlı informasiyalar doğru çıxır.
“The Wall Street Journal” qəzeti “TikTok”un bir ildən çoxdur konfidensiallıq qaydalarını açıq şəkildə pozması barədə məqalə dərc edib. Bu məqsədlə sosial şəbəkə “Google” firmasına aid “Android” əməliyyat sisteminin milyonlarla istifadəçisinin unikal identifikatorlarını toplayıb.
Belə ki, “TikTok” hər bir mobil qurğuya bağlı olan xüsusi nişanə sayılan MAC adresləri yığıb. Onun köməyi ilə telefonlara yüklənən proqram qacetlərin sahiblərini xüsusi rəqəmsal metodla izləmək imkanı əldə edib. Özü də “TikTok” bununla bağlı “Google” şirkətini də məlumatlandırmayıb.
Sosial platforma bu yolla 15 ay ərzində amerikalı vətəndaşların telefonlarını asanlıqla əsl gəzən kəşfiyyat qurğusuna çevirib. Həmin səbəbə görə, ABŞ hökuməti çinlilərin dünyada getdikcə populyarlıq qazanan bu prqramını ölkə ərazisində bağlayır. ABŞ prezidenti Donald Tramp bu ilin avqust ayının 6-da verdiyi fərmanla həm “ByteDance” şirkətinin, həm də “WeChat” sosial şəbəkə proqramınının sahibi “Tencent” şirkətinin fəaliyyətinin yasaqlanması haqqında qərar qəbul edib.