Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə səfiri S-300-ə görə Ukrayna XİN-ə ÇAĞIRILDI

Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldərə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Bu barədə Ukrayna XİN məlumat yayıb.
 
Səfir Rusiya silahlarının Bosfor boğazından daşınmasına görə XİN-ə çağırılıb.
 
Qeyd edək ki, Rusiya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini Krıma aparıb. Sistemlərin daşınması üçün “Sparta-II” mülki yük gəmisindən istifadə edilib və gəmi Bosfor boğazından keçib.
 
Xatırladaq ki, Bosfor boğazından hərbi yüklərin keçməsi qadağan edilib.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də