Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərbaycanın haqq işini dəstəkləyirik” - Hulusi Akar

Türk əsgəri tarix boyu vətənin keşiyində durub və onun mənafelərini qoruyub.
 
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş müraciətində bildirib.
 
Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir.
 
"Dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusən də Azərbaycan və Liviyanın haqq işini dəstəkləyir, həmçinin NATO, Avropa İttifaqı, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət edərək regional və dünya sülhünə töhfə veririk”, - deyə Akar qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də