Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Rusiya və Ermənistan rəhbərlərinin Qarabağ müzakirəsini şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin bu məsələdə o qədər də maraqlı deyil:
"İkitərəfli münasibətləri anladıq, Qarabağla bağlı Putin və Paşinyan nəyi müzakirə edə bilərlər? Putin Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır. Paşinyan isə müxalifəti susdurmaq üçün Qarabağla bağlı Putinlə qısa da olsa fikir mübadiləsi apardığını cəmiyyətinə göstərməlidir. Paşinyan anlayır ki, Qarabağ separatçılarının mühasirəsi daralır və separatçılara qarşı növbəti anti-terror əməliyyatları qapıdadır. Ona görə də Kreml sahibinə yalvarır ki, Rusiya hərbçiləri Azərbaycan ordusuna irəliləməyə imkan verməsin. Çünki Azərbaycan Ordusunun Qarabağdakı uğurları Paşinyanın mövqelərini zəiflədir. Top Putinin meydanındadır. Rusiya Prezidenti azərbaycanlı və türkiyəli həmkarı ilə indiki münasibətlərin davamını istəyirsə, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa mane olmamalıdır”.