Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əflatun Amaşov Mətbuat Şurasından gedir? - Özü açıqladı

Bu gün bəzi xəbər saytlarında Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduğu vəzifədən gedəcəyi haqda məlumat yayılıb. Bildirilir ki, bununla əlaqədar olaraq Mətbuat Şurasının yaxın müddətdə qurultayı keçiriləcək. Qurultaya qədərki dövrdə sədr vəzifəsini İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcidin icra edəcəyi söylənilir.
 
Bu barədə açıqlama verən Əflatun Amaşov xəbəri nə təsdiq, nə də təkzib edib. Bir çox fikirlərin ortaya atıldığını qeyd edən Ə. Amaşov hər şeyin qurultaydan asılı olduğunu vurğulayıb:
 
“Qurultayın vaxtından bir neçə ay keçib. Yaxın günlərdə İdarə Heyətinin iclasını keçirib, qurultayın vaxtını müəyyən edəcəyik. Heç nəyi qabaqlamayaq, seçim jurnalistlərindir. İdarə Heyəti müəyyən edilir, üzvlərini də sədr seçir. Mənim namizəd olub-olmayacağım barədə fikir söyləməyim hələ tezdir. Namizədləri redaksiyalar göndərəcəklər, onların arasında seçim ediləcək”.
 
Mətbuat Şurasının ləğv olunması haqqında fikirlərə gəlincə, Ə.Amaşov bunun real olmadığını söyləyib.
 
Şuranın İdarə Heyətinin üzvü Rəşad Məcid isə bildirib ki, qurultayda yeni sədr seçiləcək. Onun sözlərinə görə, jurnalistlər kimi dəstələyəcəksə, həmin şəxs Mətbuat Şurasının sədri olacaq. Belə ki, sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də