Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər. Tədbirdə Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub, 19 yaşında idi.
Qeyd edək ki, C. Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!