Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Toylar başlayır - Ət 15 manat olacaq

Bu ilin iyun ayında hökumət Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı anonsunu versə də, bunun tam əksi müşahidə edilir. Belə ki, bir neçə gün əvvəl ətin qiyməti 12 manata, hazırda isə 13 manata qədər bahalaşıb. Quzu ətinin qiyməti isə dəyişməyib - 15 manat.
 
Bu barədə  danışan satıcılar bahalaşmanı yem və otun qiymətinin qalxması ilə əlaqələndirirlər. Əslində qəssablar da bahalaşmadan narazıdılar. Onlar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər.
 
Bununla belə, ət satışı məntəqələri Məhərrəm və Səfər aylarından sonra ətin yenidən bahalaşacağını istisna etmirlər:
 
“Hazırda toylar yoxdur, ətə tələbat da yoxdur. Amma sentyabrdan toylar başlayanda ətin 15 manata qədər bahalaşacağı gözlənilir. Qiymət artımı bizdən asılı olan məsələ deyil. Burada heç kəndli də günahkar deyil. Yem, ot bahadır. Kəndli də bir danaya edilən qulluq, çəkilən xərci çıxarmalıdır ki, qazancı olsun”.
 
Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Avqustun 28-i Məhərrəm ayı başa çatıb, ayın 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
 
Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də