Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zədələnən cüdoçumuza medal verildi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadəyə gümüş medal təqdim olunub.
 
Bu barədə Azərbaycan Cüdo Federasiyasının "Facebook" səhifəsində məlumat paylaşılıb.
 
Ona gümüş medalı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.
 
Xatırladaq ki, 63 kq çəkidə yarışan cüdoçumuz Fidan Əlizadə yarımfinal görüşündə zədələndiyinə görə finalda qızıl medal uğrunda mübarizə apara bilməyib. Bu səbəbdən Fidan xəstəxanaya aparılmış, təltifetmə mərasiminə də qatıla bilməmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də