Ukrayna o dövrdə pilotsuz uçuş aparatları (PUA) almaq üçün bir çox ölkələrlə danışıqlar aparırdı, yalnız Türkiyə bu silahların satılmasına razılıq verdi.
Bunu Türkiyənin "Baykar" şirkətinin rəhbəri Haluk Bayraktar BBC-yə müsahibəsində bildirib.
O deyib ki, "Bayraktar" sistemləri Ukraynada 2018-ci ildən tətbiq edilir: "Ukrayna ilə müdafiə sektorunda bir çox sazişlər imzalanıb, bu müqavilələr müxtəlif texnoloji sahələrdə əməkdaşlığımızı gücləndirəcək”.
Bayraktar bildirib ki, şirkət Ukrayna əsgərlərinə PUA-lardan istifadə qaydalarını öyrədir. Şirkət rəhbərinin verdiyi məlumata əsasən, təlim keçdikləri Ukrayna hərbçilərindən biri müharibədə həlak olub. Şirkət nümayəndələri dəfn mərasimində iştirak edib və ölən əsgərin ailəsinə dəstək olublar. Müharibənin başlamasından bu yana Türkiyə şirkəti Ukraynaya 10 yük maşını humanitar yardım göndərib.
Müsahibə zamanı jurnalist "Moskva sizə böyük pul təklif etsə, Bayraktarı onlara satarsınız?" deyə soruşub. Haluk Bayraktar suala cavabında deyib:
“Bizim işimiz heç vaxt pul və maddiyyata əsaslanmayıb. Ukrayna ilə dostluq və əməkdaşlığımız keçmişə gedib çıxır. Moskva bizə nə qədər pul təklif etsə də, biz onlara bu sistemləri satmayacağıq. Hazırda bütün dəstəyimiz Ukraynayadır, çünki onlar ədalətsiz, aqressiv hücumla üz-üzədirlər".