İsrailin kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea gələn həftə ABŞ-a səfər edəcək.
Bu barədə "Times of Israel" məlumat yayıb.
Mossad rəhbəri Vaşinqtonda İranın nüvə sazişinin bərpasını müzakirə edəcək. Ağ Ev məlumatı təsdiqləyib.
Xatırladaq ki, İsrail İranın nüvə sazişinin bərpasını dəstəkləmir. İsrail Baş naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olmasını tapşırıb.
Barnea müdafiə naziri Benni Qantz və milli təhlükəsizlik müşaviri Eyal Hulatdan sonra nüvə razılaşmasını müzakirə etmək üçün son günlərdə Vaşinqtona səfər edən üçüncü yüksək səviyyəli İsrail rəsmisi olacaq.