Praqada qadın şahmatçılar arasında Avropa çempionatında şahmatçımız Günay Məmmədzadə liderliyə yüksəlib.
7 turda 6 xal toplayan təmsilçimiz turnir cədvəlində liderdir. Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova isə 5 xalla ilk onluqda qərarlaşıblar.
Komandamızın digər üzvləri Gövhər Beydullayeva, Xanım Balacayeva 4,5, Ləman Hacıyeva 4 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.