Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Füzulidə koronaviruslu aptek işçisi barəsində cinayət işi başlanıldı






Füzuli rayonunda əmək fəaliyyətini davam etdirən koronavirus xəstəsinə qarşı cinayət işi açılıb.

Bu barədə Füzuli rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Füzuli rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Barat Əlyar oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk edərək rayonun Bala Bəhmənli kəndi ərazisində icarə əsasında işlətdiyi aptekə gedib. Beləliklə də, ayrı-ayrı şəxslərə dərman satışını həyata keçirməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozaraq yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də