Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər avqustun 27-si saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu avqustun 29-u saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.