Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Parad həm Azərbaycanın dostları, həm də düşmənləri üçün ciddi bir mesaj olacaq...”






“Biz tarixi ədaləti bərpa etmişik və bunun bərpa olunmasının fakt olaraq özü belə bütün dünya üçün önəmli mesajdır. Bu, dünyada separatizm dalğasının terorizmi stimullaşdırmasına xidmət edən dairələr üçün bir mesajdır”

Bunu Moderator.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq sabah keçiriləcək Zəfər paradının Azərbaycanın dostlarına və düşmənlərinə ciddi bir mesajı olduğunu bildirib:

“Əvvəla biz haqq etdiyimiz qələbəni qeyd edirik və Azərbaycan Ordusunun keçirəcəyi parad ordusunun gücünü və əsgərinin ruh yüksəkliyini ifadə edəcək. Bildiyiniz kimi paradda türk əsgərləri də iştirak edirlər. Bunu isə eyni zamanda, iki qardaş ölkənin vahid mövqeyini, hər zaman bir yerdə olduqlarını və olacaqlarını nümayiş etdirən növbəti bir aksiya kimi də qiymətləndirmək olar. Qardaş Türkiyənin dövlət başçısı hörmətli Rəcəb Tayyib Ərdoğanın da bu paradda iştirak etməsi Azərbaycan verilən dəstəyin, Azərbaycanla Türkiyə münasibətlərinin mahiyyətini və gələcək prespektivlərini bir daha ortaya qoyur. Bu aspektdən də düşünürəm ki, parad həm Azərbaycanın dostları, həm də düşmənləri üçün ciddi bir mesaj xarakteri daşıyacaq. Biz tarixi ədaləti bərpa etmişik və bunun bərpa olunmasının fakt olaraq özü belə bütün dünya üçün önəmli mesajdır. Bu, dünyada separatizm dalğasının terorizmi stimullaşdırmasına xidmət edən dairələr üçün bir mesajdır. Eyni zamanda, bu elə həmin separatmizmdən və terorizmdən əziyyət çəkən ölkələrə də güclü olmaq yolunu, öz haqları uğrunda mübarizə aparmaq tövsiyəsini verir. Düşünürəm ki, bu da Azərbaycanın timsalında önəmli bir mesaj kimi qəbul olunmalıdır. Azərbaycan öz sərhəd bütövlüyünü bərpa edib və bu bütövlükdə ölkəmizin həyata keçirdiyi hərbi əməliyyat təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, eyni zamanda, erməni separatçı düşüncəsinə, təfəkkürünə, faşizm ideologiyası üzərində köklənmiş bir millətçi əhval-ruhiyyəsinə vurulmuş ciddi zərbədir ki, bu da Cənubi Qafqazın, bütövlükdə regionun bütün xalqları üçün çox önəmli bir faktdır, hadisədir. Hesab edirəm ki, bu aspektdən öz dövlətlərinin təhlükəsiz gələcəyini düşünən qonşu dövlətlərin hər biri Azərbaycanla daxilən də olsa həmrəylik nümayiş etdirirlər və onlar Azərbaycanın əldə etdiyi qələbədən də öz paylarını götürüblər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də