Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Qəbul cədvəlini təqdim edirik.
S/n | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu | Qəbulun keçirildiyi gün |
1. | Xaçmaz | Xaçmaz, Quba, Qusar | Baş prokuror Kamran Əliyev | 02 |
2. | Qəbələ | Qəbələ, Oğuz | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev | 05 |
3. | Siyəzən | Siyəzən, Şabran, Xızı | Baş prokuror Kamran Əliyev | 08 |
4. | Abşeron | Abşeron, Zəngilan | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | 08 |
5. | Qax | Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | 09 |
6. | Şəki | Şəki, Qax, Zaqatala, Balakən | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | 09 |
7. | Ağdaş | Ağdaş, Göyçay | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov | 09 |
8. | Salyan | Salyan, Neftçala | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | 09 |
9. | Zaqatala | Zaqatala, Qax | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | 12 |
10. | Kürdəmir | Kürdəmir, Ucar, Göyçay, Zərdab | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı | 14 |
11. | Sabirabad | Sabirabad, Saatlı, İmişli, Kürdəmir | Ali Məhkəmənin sədri Ramiz Rzayev | 16 |
12. | Zaqatala | Zaqatala, Balakən, Qax | Ədliyyə naziri Fikrət Məmmədov | 16 |
13. | Balakən | Balakən, Zaqatala | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | 16 |
14. | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı | Energetika naziri Pərviz Şahbazov | 16 |
15. | Hacıqabul | Hacıqabul, Şirvan | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | 16 |
16. | Qazax | Qazax, Ağstafa, Tovuz | Kənd təsərrüfatı naziri İnam Kərimov | 16 |
17. | Balakən | Balakən, Zaqatala | Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov | 16 |
18. | Tərtər | Tərtər, Ağdam, Ağcabədi, Bərdə | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov | 22 |
19. | Qax | Qax, Balakən, Zaqatala | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | 22 |
20. | Xızı | Xızı, Siyəzən | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | 23 |
21. | Yevlax | Yevlax, Mingəçevir | İqtisadiyyat naziri Mikayıl Cabbarov | 23 |
22. | Ağdaş | Ağdaş, Göyçay, Ucar, Zərdab | Mədəniyyət naziri Anar Kərimov | 23 |
23. | Sabirabad | Sabirabad, Saatlı, İmişli | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | 23 |
24. | Qazax | Qazax, Ağstafa, Tovuz | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | 23 |
25. | Şəmkir | Şəmkir, Gədəbəy | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | 23 |
26. | Şəki | Şəki, Qax | Gənclər və idman naziri Fərid Qayıbov | 24 |
27. | Salyan | Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar | Elm və təhsil naziri Emin Əmrullayev | 28 |
28. | Masallı | Masallı, Yardımlı | “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov | 28 |
29. | Gəncə | Gəncə, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər | Daxili işlər naziri Vilayət Eyvazov | 30 |
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.