Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanı tərk edən Köçəryanın yeri məlum oldu

Avqustun 21-dən Ermənistanı tərk edən eks-prezident Robert Köçəryanın hansı xarici ölkəyə getdiyi məlum olub.

“Hraparak” qəzeti eks-prezidentin hansı məqsədlə və hara getdiyini öyrənib.

Məlum olub ki, R.Köçəryan tibbi müayinədən keçmək üçün Almaniyaya gedib.

“Məlum olduğu kimi, son illər o, xaricə getmək imkanından məhrum edilib, ən yaxşı halda  Moskvaya getməsinə icazə verilib”, - deyə qəzet qeyd edib.

Köçəryanın xaricə getməsi üçün məhkəmədən icazə alınıb. Barəsində korrupsiyaya görə cinayət işi açılan eks-prezidentin avqustun 22-29-da Ermənistanda olmamağına "hə" deyilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də