Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.
Səfər zamanı hər iki ölkə liderinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığına aid məsələlərin müzakirəsi daxildir.
Danışıqlardan sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Tokayev avqustun 19-da Soçiyə işgüzar səfər edib. O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.