Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurbanovdan məğlubiyyət şərhi: “Fəxr edirəm...” - VİDEO

“Futbolçulardan razıyam, çox əziyyət çəkdilər. Ağır rəqibə qarşı oynadılar”.
 
Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya"ya 2:1 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuata açıqlamasında deyib.
 
“İlk hissədə üstünlük bizdə idi, ikinci hissədə müəyyən səhvlər oldu. Futbolçularımızdan razı qaldım. Onları təbrik edirəm. Rəqib səhvlərimizdən istifadə etdi”, - deyən Q.Qurbanov məğlub olmalarına baxmayaraq, futbolçuları ilə fəxr etdiyini söyləyib.
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub. "Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də