Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ölkədə koronavirusa qarşı vaksinasiyanın başlanması ilə əlaqədar müsahibəsi zamanı göz yaşlarını saxlaya bilməyib.
Bu barədə “The Guardian” xəbər yayıb.
O, kütləvi vaksinasiyanın uzun bir yol olmasına baxmayaraq, bütün dünyanın mübtəla olduğu kədərli vəziyyəti aşmağa doğru apardığını deyib.
Nazir bunun virusa qalib gəldiyimiz anlamında olmadığını vurğulayıb və bütün ölkə əhalisinin mövcud sosial davranış qaydalarına riayət etmək üçün birlik göstərməsinin vacibliyini qeyd edib.
“Bu, virus ölümcüldür və biz bir yerdə olmalıyıq”, - deyə o bildirib.(oxu.az)