Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçında iki hərbçimiz minaya düşdü

Azərbaycan Ordusunun iki hərbçisi minaya düşüb.
 
Bu barədə  Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə Laçında baş verib.
 
"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də