Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər törətdikləri bütün vəhşiliklərə görə cavab verəcəklər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə əlaqədar beynəlxalq müstəvidə fəaliyyət üçün əsas tezislər yeni yolun marşrutunun üçtərəfli bəyanata uyğun müəyyənləşdirilməsidir, bu, Rusiya tərəfinin vasitəçiliyi müəyyən edilmiş və razılaşdırılmışdır;

Yeni yolun Azərbaycan ərazisindənən keçən hissəsinin yüksək keyfiyyətlə və qısa müddətdə inşası rəsmi Bakının götürdüyü öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir;

Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaqdır;

Yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistan tərəfinin öz ərazisindən keçən hissənin tikintisini uzatması bu ölkənin öhdəliklərinin icrasına yanaşmasını göstərir. Nəticə etibarilə, Ermənistan yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirmişdir;

Yenə də Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alıb yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yoldan istifadəyə razı olmuşdur. Bu, erməni əhalinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaqdır;

Bir tərəfdə Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, qısa zamanda və yüksək keyfiyyətdə yeni yol inşa edir, növbəti xoşməram nümayiş etdirib hərəkətin müvəqqəti yolla təşkili üçün addımlar atır. Digər tərəfdə isə Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəlişin təmini ilə bağlı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmağa çalışır;

Yolun inşası zamanı yerli erməni əhali ilə təmaslar olmuşdur, inşaat prosesinin mühüm bir hissəsi Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılmışdır ki, bu da Azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir;
Yerli erməni əhali yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti yolun fəaliyyətə başlamasını növbəti ilin sonuna qədər təxirə salmaq üçün cəhdlər göstərmişdir. Bu yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərinin həllində məhz Azərbaycanın həll yolları təqdim etdiyini göstərir;

Yeni yolun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır;
Ərazilərin Azərbaycana qaytarılması Ermənistanın işğalı nəticəsində oradan didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə doğma yurdlarına qayıtmasını təmin etməyə şərait yaradır;
 
Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür:

- Qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayət olmaqla, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır;

- Sözügedən ərazilərdə qanunsuz məskunlaşmış şəxslərin mütləq əksəriyyəti rəsmi İrəvandan  onların məhz Ermənistana köçürülməsini tələb edir. Bu şəxslərin Qarabağ bölgəsində yaşamaq istəməməsi öz-özlüyündə onların bölgəyə aid olmadığını təsdiq edir;

- Qanunsuz məskunlaşmaya görə bütün məsuliyyət məhz Ermənistan tərəfinin üzərinə düşür. Bu vəziyyətin aradan qaldırılması Ermənistanın məsuliyyətidir. Qanunsuz məskunlaşma vəziyyətinin aradan qaldırılması sülhün möhkəmləndirilməsi səylərinin mühüm tərkib hissəsi olmalıdır;

 - Ermənistan tərəfindən Laçın şəhəri daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların mülklərinin, qəbiristanlıq və məscidlərin tamamilə dağıdılması fonunda köçürülmüş ermənilər üçün evlər, kilsə və s. inşa edilməsi etnik və dini zəmində ayrı-seçkiliyin təzahürüdür.

Yuxarıdakı tezislərə uyğun olaraq, beynəlxalq təşkilat və xarici ölkələr, nüfuzlu siyasi xadimlər, parlamentarilər, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupları tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması münasibətilə bəyanatların verilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu cür bəyanatlarda vurğulananan əsas məqamlar:
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək;
- Laçının Azərbaycanın nəzarətinə qaytarılmasının beynəlxalq hüquq və ədalətin yerinə yetirilməsinin nümunəsi olması;
- Məcburi köçkünlərin geri qayıdışının reallaşdırılması;
- Qanunsuz məskunlaşdırma siyasətinin pislənməsi və buna görə Ermənistanın məsuliyyətinin vurğulanması.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də