Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib.
Görüşdə millət vəkili Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulan məsələlər barədə danışaraq, Quba və ətraf rayonlarda görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib.
Quba, Xaçmaz, Bakı və Sumqayıtdan gəlmiş 112 nəfər vətəndaş deputatın görüşdən sonra baş tutan təkbətək qəbulunda iştirak edib. Onların arasında ötən qəbullardan sonra problemləri həll olan vətəndaşlar da qəbulda iştirak edərək deputata öz minnətdarlığını bildiriblər. Qəbul zamanı qaldırılan məsələlərin əsasını işədüzəlmə, sosial müavinətlərin verilməsi, maddi yardım, pensiyaların təyini, məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları, şəhid və qazi ailələrinə diqqət və qayğının göstərilməsi təşkil edib. Bu dəfəki qəbulda ötən qəbullardan fərqli olaraq iş məsələsi ilə müraciət edənlərin sayı daha çox olub.
Bütün qaldırılan məsələlər köməkçi tərəfindən qeydə alınıb və deputatın tapşırığına uyğun olaraq həll yolları seçilib. Qəbul prosesinde Quba rayon İcra Hakimiyyəti ilə sıx əlaqə saxlanılmış və insanları narahat edən əsas məsələlər yerli icra strukturlarının rəhbərliklərinə çatdırılıb. Bir çox məsələlər yerindəcə öz həllini tapıb və bir sıra məsələrin həlli üçün müvafiq tapşırıqlar verilib. Deputatın tapşırığına uyğun olaraq qalan məsələlər ilə bağlı mərkəzi təşkilat və icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunacaq.
Millət vəkili qəbuldan sonra Zizik kənd sakinlərinin müraciəti əsasında yolüstü rayon mərkəzini Zizik kəndi ilə birləşdirən yolun vəziyyəti ilə yerindəcə tanış olub. Bir neçə kənd sakini ilə görüşən millət vəkili bu yolun təmirinə hazırlıq işlərinin aparıldığını və yaxın günlərdə yolun təmiri və asfaltlanması işlərinə başlanılacağını qeyd edib.
Son günlər,sosial şəbəkələrdə Quba rayonunda un qıtlığı ilə bağlı gedən məlumatları nəzərə alaraq,millət vəkili şimal regionunu un ilə təmin edən şirkət rəhbərləri ilə danışıqlar aparıb,vəziyyətin yaxın günlərdə stabilləşəcəyi ilə bağlı məlumat alıb.
Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, deputat Bakı-Quba yolunun yenidən qurulması işləri ilə bağlı yerindəcə tanış olub, yolun bu ilin sonunadək yüksək səviyyədə təmir olunaraq istismara veriləcəyi haqqında məlumat alıb.
Növbəti qəbul sentyabr ayına planlaşdırılıb.