Avqustun 1-dən etibarən Ukrayna limanlarından 656,3 min tondan çox taxıl ixrac edilib.
Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
BMT-nin baş katibi Antonio Quterreşlə İstanbul Birgə Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında nazir deyib ki, taxıl ixracı prosesinə 51 gəmi cəlb edilib.
“Avqustun 1-dən indiyədək Ukraynanın üç limanından 656 min 349 ton taxıl ixrac edilib, kənd təsərrüfatı məhsullarının ixracının artacağını gözləyirik”, - Hulusi Akar qeyd edib.
O vurğulayıb ki, 51 gəmidən 27-si Ukrayna limanlarını tərk edib, 24-ü isə yükləməyə gedib.
İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi imzalanıb. Razılaşma dünya bazarlarına çatdırılmaq üçün Ukrayna limanlarından taxılın təhlükəsiz ixracını nəzərdə tutur.